Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, professor Vaqif Quliyevin məqaləsi impakt faktorlu jurnalda (“Journal of Pseudo-Differential Operators and Applications”) dərc edilib.
Bu barədə Tehsil.biz BDU-dan məlumat verilib. Bildirilib ki, “Dunkl operatorunun doğurduğu kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzasında xarakteristikası” sərlövhəli məqalənin dərc edildiyi jurnalın impakt faktoru 0.532-dir. Jurnal “Clarivate Analytics” beynəlxalq elmmetrik bazasında referatlaşıb.