Logo

Alimlər: "Koronavirus ilk dəfə 21 min il bundan əvvəl yayılıb"

06.09.2021 07:40 480 baxış
IMG

Oksford Universitetinin virusoloqları SARS-CoV-2-ni də əhatə edən koronavirusların bir alt növü olan sarbekovirusların on minlərlə il əvvəl epidemiyalara səbəb olduğunu müəyyən ediblər.

Tehsil.biz xəbər verir ki, bu barədə "Current Biology" jurnalında məqalə dərc olunub.

Belə ki, SARS-CoV-2 və SARS-CoV-1-in 21 min il bundan əvvəl mövcud olduğu ortaya çıxıb ki, bu da əvvəlki təxminlərdən 30 dəfə çoxdur. Həm də bu məlumatlar qədim insanların genom məlumatlarının analizinin nəticələrinə uyğundur - təxminən 21 min il əvvəl insanlar artıq koronavirus epidemiyasından əziyyət çəkirdilər.

Məqalə müəllifləri digər viruslardakı təkamül dəyişikliklərini yenidən müəyyən edə biləcəklərinə ümid edirlər.

Bununla yanaşı, hepatit C virusunun yarım milyon il əvvəl heyvanlar arasında yayıldığını və təxminən 150 min il əvvəl Afrikadan köç zamanı insanlar arasında yayıldığı müəyyən edilib.

Report

Xəbər lenti