Azərbaycan İlahiyyat İnstitutuna qəbul olan abituriyentlərin sənəd qəbulu onlayn formada, portal.edu.az platforması vasitəsilə həyata keçiriləcək.
Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Daha sonra “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.
Portal.edu.az-da qeydiyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.
Abituriyentlər aşağıdakı sənədləri skan edərək daxil etməlidirlər.
DİQQƏT!
Sənədlərin əsli ali təhsil müəssisəsinə gəldiyiniz zaman sizdən tələb olunacaq.
1. Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli (kollec və ya ali təhsil müəssisəsinin 2019-2020-ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom).
2. Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM-in saytından çap edilir).
3. Şəxsiyyət vəsiqəsinin əsli (hər iki üzü).
4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli (oğlanlar üçün).
5. Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086).
6. Ağ fonda fotoşəkil, 3×4 ölçüdə (6 ədəd).
8. Əlavə olunmuş fayllar abituriyentin imzası ilə birlikdə:
“Ərizə forması” (https://drive.google.com/uc?export=download&id=12ECwH3AiZvS8vrkybI3532nuo6VVW5Fc)
“Tələbə anketi” (https://drive.google.com/uc?export=download&id=19nQItnsVtpCmjVsp8-jdZVUfn4VlQynW)
Əlavə suallarla bağlı aşağıdakı nömrələrlə (şənbə, bazar günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək) əlaqə saxlamaq mümkündür: (012) 510 65 45; 510 39 61 və (077) 457 77 32