Logo

Azərbaycan Dillər Universitetində abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq

06.09.2021 11:56 717 baxış
IMG

2021/2022-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu 7 Sentyabr tarixindən 20 Sentyabr tarixinədək onlayn aparılacaq. Abituriyent aşağıda qeyd olunan sənədlərin elektron versiyasını Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyatın başlanması elan edildikdən sonra http://portal.edu.az üzərindən sistemə yükləməlidir.

DİQQƏT

  • http://portal.edu.az  – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

 Tələb olunan sənədlər:

  1. Şəxsiyyəti təsdiq edən sənəd;
  2. Bakalavr təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);
  3. Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd (oğlanlar üçün);
  4. Sağlamlıq haqqında tibbi arayış;
  5. 3/4 ölçüdə fotoşəkil;
  6. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün);
  7. Təhsil haqqından azad olanların notarial təsdiqli müvafiq sənədləri (vəsiqələri).

QEYD

  • Sənədlərin əsli (siyahıya əlavələr oluna bilər) dərs başlayan zaman təqdim olunacaq.

Qeydiyyatla bağlı Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərsiniz.

Tel: 012 441 22 78

Email: [email protected]

Xəbər lenti