Logo

Hindistanın Müəllimlər Günü qeyd edilib

06.09.2021 12:27 607 baxış
IMG

Hindistanın müstəqilliyinin 75 illiyini qeyd etmək üçün “Azadi Ka Amrit Mahotsav” adı altında keçirilən tədbirlər çərçivəsində Hindistanın ölkəmizdəki səfirliyi Azərbaycanda çalışan hind əsilli müəllimlərin şərəfinə tədbir təşkil edib.

Səfirlikdən Tehsil.biz-ə bildirilib ki, tədbirdə hind əsilli aparıcı müəllimlər, Hindistan diasporunun üzvləri və bu ölkənin Azərbaycandakı dostları iştirak ediblər. Tədbirdə Hindistan səfiri Bavitlunq Vanlalvavna müəllimlərin verdiyi töhfələrdən danışıb və onların cəmiyyətdəki mühüm rolunu qeyd edib. Müəllimlər isə Azərbaycanda işlədikləri vaxt ərzində qazandıqları zəngin təcrübələri tədbir iştirakçıları ilə bölüşüblər. Bu münasibətlə “Azadi Ka Amrit Mahotsav” təşəbbüsünün mövzularından biri olan “Dünya müəllimi Hindistan” (Vishwa Guru Bharat) xüsusilə vurğulanıb.

Hər il sentyabrın 5-i Hindistanda Müəllimlər Günü bu ölkənin Birinci vitse-prezidenti və ikinci Prezidenti, çox hörmətli müəllim, filosof və görkəmli dövlət xadimi doktor Sarvepalli Radhakrişnanın şərəfinə qeyd edilir.

Azərtac

Xəbər lenti