Braziliyada rəsədxana kameraları meteoritin Yer atmosferinə girdiyini anbaan qeyd edib.
Rəsədxana biri Rio Qrand do Sul ştatının şərqində, digəri şimalında yerləşən iki kamera ilə 12 saniyə ərzində meteoriti görüntüləyə bilib və tarixində ən uzun müşahidəni həyata keçirib.
Yerdən 82 kilometr yüksəklikdə parçalanan meteoritin kiçik parçalarının yerə düşmüş ola biləcəyi bildirilib. Braziliya Meteorit Müşahidə Şəbəkəsi (Bramon) meteoritin təxminən 75 kilometr məsafəni 4,5 saniyədə qət etdiyini açıqlayıb.