Logo

34 nömrəli uşaq musiqi məktəbinin şagirdi Beynəlxalq müsabiqədə I yerə layiq görülüb

12.11.2020 09:48 484 baxış
IMG

 15 oktyabr - 05 noyabr tarixlərində İspaniyada "Starsat Tenerife 2020"  Beynəlxalq musiqi müsabiqə -festivalı keçirilib.

 

Müsabiqəyə Almaniya, İspaniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Çin, Türkiyə, Bolqarıstan, Polşa, Macarıstan, Latviya, Litva, Estoniya, Qazaxıstandan olan iştirakçılar qatılıb.

 

Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbinin klarnet ixtisası üzrə IV sinif şagirdi Elvin Rəhimov 10-12 yaşlı iştirakçılar arasında mübarizə aparıb. Müsabiqənin yekununa əsasən münsiflər heyətinin qərarı ilə  Elvin Rəhimov I yerə layiq görülüb. Elvin Rəhimovu və onun müəllimi Əməkdar mədəniyyət işçisi Zaman Həsənovu  təbrik edir, onlara yeni nailiyyətlər arzu edirik.

Xəbər lenti