Logo

Azərbaycan Texniki Universitetinin müəllimi koronavirusdan vəfat edib

06.09.2021 16:51 404 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Rəna Əhədova 52 yaşında koronavirusdan vəfat edib.

Rəna Əhədova 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib. Elə həmin ildən 2021-ci ilə qədər AzTU-da voleybol üzrə məşqçi-müəllim vəzifəsində çalışıb.

AzTU-nun rəhbərliyi və kollektivi Rəna Əhədovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbər lenti