Logo

BDU-nun Filologiya fakültəsinin tələbəsi beynəlxalq sertifikata layiq görülüb

07.09.2021 09:09 390 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu və “Elger” Beynəlxalq Elm Mərkəzinin təşkilatçılığı ilə İsveçin Qothenburq Universiteti ilə birlikdə “Qarabağ: Zəfərə gedən yol” mövzusunda XVII Beynəlxalq elmi konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, beynəlxalq konfransa Azərbaycan, Qazaxıstan, Türkiyə, İsveç, Ukrayna və Rusiyadan olmaqla 170-dən çox müraciət daxil olub, 95 məqalə elmi heyət tərəfindən dəyərləndirilərək məruzə üçün qəbul edilib. Qəbul edilən məruzələr arasında BDU tələbəsinin də məqaləsi yer alıb.

Konfransda BDU-nun Filologiya fakültəsinin tələbəsi Səbinə Xəlilova “Qarabağ folklor örnəklərində tarixi rəvayətlər” adlı məqalə ilə çıxış edərək beynəlxalq sertifikata layiq görülüb. O, konfransda sertifikat alan yeganə tələbə olub.

Qeyd edək ki, Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin üzvü olan S.Xəlilova bir çox elmi konfranslarda da məruzə edib və məqalələri nəşr olunub.

Xəbər lenti