Logo

İstanbulda Mübariz İbrahimov məktəbində açılışı Qarabağ qazisi etdi - FOTO

07.09.2021 09:14 679 baxış
IMG

Sentyabrın 6-da Türkiyədə yeni tədris ili başlayıb. İstanbul şəhərində fəaliyyət göstərən şəhid Mübariz İbrahimov adına məktəbdə yeni tədris ilində ilk dərs günü çox fərqli qeyd edilib.

Modern.az xəbər verir ki, məktəbin açılışını 44 günlük Qarabağ müharibəsinin 38-ci günündə yaralanan ve bir ayağını itirən qazi Taleh Camalov edib.

Qəhrəman qazimizi məktəbdə İstanbulda yaşayan Azərbaycan vətəndaşları, məktəbin şagirdləri alqışla qarşılayıb. Qazimiz haqqında məlumat verən məktəbin müdüri Məhsəti Şərif Özyürək bildirdi ki, Taleh Camalov Xocavənd şəhərində yaralanıb. 22 yaşlı qazimiz tankçı olub. Qaziyə təşəkkür edən Məhsəti Şərif məktəbin bu günə qədər ən dəyərli qonağının qazimiz olduğunu bildirib:

“Mən sizin kimi qazi oğullarımız, şəhidlərimizin sayəsində 16 yaşımda işğal edilən Ağdamıma, Qarabağa qovuşmuşam. Sizə bu gün vətən üçün minnətdarıq. Haqqınız ödənməz”.

Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri Aygün Həsənoğlu isə şagirdlərə qazimizi misal çəkərək deyib: “Baxın, bu gun məktəbimizə Vətən gəlib. Siz xoşbəxt yaşayasınız, müharibə görməyəsiniz, Vətənə layiq böyüyəsiniz deyə Taleh kimi qəhrəmanlarımız sağlamlığını itirib. Biz Talehə və onun simasında bütün qəhrəmanlarınıza təşəkkur edirik”.

 

Taleh Camalov məktəbdə şagirdlərin sevgisi ilə qarşılaşıb. Onu qucaqlayıb şəkil çəkdirən şagirdlər onun kimi qəhrəmana layiq yetişmək istədiklərini deyiblər. Taleh Camalovun məktəblilərin qarşısında çıxışı isə hər kəsi kövrəldib.

“Mən vətən üçün qazi olmuşam. Heç vaxt peşman olmamışam. Hətta bəzən düşünürəm ki, kaş şəhid olan döyüş yoldaşlarımın yərinə mən şəhid olardım. O zaman geri dönsək, yenə də döyüşə gedər və qazi, şəhid olardım. Sərkərdəmiz İlham Əliyevin də dediyi kimi, Qarabağ Azərbaycandır! Bu şüarın gerçək olmasında iştirak etdiyim üçün fəxr edirəm”, - deyə qazimiz bildirib.

Sonra məktəbin müəllimələri, açılısa gələn qonaqlar qazimizlə sohbət edib, onun döyüş yolu ilə maraqlanıblar. Dərnəyin rəhbəri və məktəbin müdiri qazimizin Vətən uğrunda təltif edilən igidlərin arasında görmək istədiklərin dilə gətiriblər.

Taleh Camalov YAŞAT Fondunun dəstəyi ilə Türkiyədə Başakşəhir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alır.

Füzuli, Cəbrayıl, Suqovuşan, Zəngilan, Xocavənd istiməqatində döyüşlərdə iştirak edən qazi tankçımız Taleh Camalov.Xocavənd uğrunda gedən döyüşlər zamanı Tağır yaralanıb, onun bir ayağı kəsilib, çiyin hissəsində qəlpə yarası var. Taleh Camalov Prezident İlham Əliyevin sərəncamı ilə Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Xəbər lenti