Yeniyetmələr Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunacaqlar.
Tehsil.biz-in xəbərinə görə, Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib ki, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.