"Yeni tədris ilində təhsilin hansı formada olacağını və təhsil müəssisələrinin açılıb-açılmayacağı ilə bağlı qərar olunmadığı üçün insanlar xeyli narahatdırlar. Burada xüsusilə əyani təhsil alan tələbələrin və rayon qeydiyyatlı olan, rayonlarda yaşayan tələbələrin narahatlığı daha da başadüşüləndir. Çünki onların böyük əksəriyyəti Bakıda universitetlərin yataqxanaları olmadığı üçün kirayələrdə yaşayırlar. Onlar kirayədə yaşadıqları üçün məhz müvafiq olaraq kirayə evlər axtarmalı, kirayə evlər götürməlidirlər və bu müddət yaxınlaşdıqca onlar üçün əlavə problemlər yaranır".
Bu fikirləri Tehsil.biz-ə açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov bildirib.
O, əslində birmənalı olaraq bu fikirdə olduğunu, COVİD19 pandemiyasında yaşamağa məcbur qaldığımızı deyib:
"Təkcə Azərbaycanda deyil, eyni zamanda, digər ölkələrdə sentyabırın 1-dən yeni tədris ili başlayır və həmin ölkələrdə artıq təhsil ənənəvi formada davam etdirilir. Baxmayaraq ki, yoluxma var. Düşünürəm ki, Azərbaycanda da təhsilin ənənəvi formada bərpa olunması çox faydalı olardı. Çünki il yarım təhsilin həm ənənəvi, həm hibrid, həm də distant formada davam etdirilməsi əslində təhsilin keyfiyyətinə xeyli mənfi təsirlər göstərdi. Əlbətdə ki, qərarı verən orqanlar var, qurumlar var. Bu məsələdə Təhsil Nazirliyi qərar qəbul edən orqan deyil. Hansı qərar qəbul olunacaqsa, Təhsil Nazirliyi məhz bu istiqamətdə fəalliyyətini quracaq və davam etdirəcək".
İlqar Orucov hesab edir ki, Nazirlər Kabinetinin bu istiqamətdə məlumatları daha çoxdur və ümid edirəm ki, qısa zaman ərzində onlar yeni tədris ilinin hansı formada davam etdirilməsi ilə bağlı məsələyə aydınlıq gətiriləcək və yekun qərar nəc olacaqsa, həmin formada da təhsil davam etdiriləcək:
"Düşünürəm ki, artıq həm təhsil müəssisələrinin sanitar normalara cavab verməsi, eyni zamanda təhsilalanlarin xüsusilə tələbələrin vaksinasiyadan keçirilməsilə bağlı xeyli yaxşı nəticələr olar. Eyni zamanda pedaqoji heyətin böyük əksəriyyəti artıq vaksinasiyadan kecib. Düsünürəm ki, ən azından Türkiyə təcrübəsini ölkəmizdə tətbiq etmək olar və ali təhsil müəssisələrində ənənəvi təhsili məhz bu formada davam etdirmək yaxşı olar. İnsanları bir qədər səbirli olmağa dəvət etmək istəyirəm. Ələbəttə, pandemiyadan çıxış yolu vaksinasiya olunmaqdır".
Fəqan Əzimli