Logo

Özəl məktəblərdə tədris nə zaman bərpa ediləcək? - Nazir açıqladı

07.09.2021 14:37 1069 baxış
IMG

“Özəl məktəblər pandemiyadan əvvəlki dövrdə təqvimləri dövlət müəssisələrindən fərqlənir".-

Tehsil.biz -in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazir bildirib ki, onlarda tədris müddəti daha uzun olur:

“Məktəbləri tez açdıqda daha çox yoluxma olur deyə, qaydalar onlara da şamil edilir. Riskləri qiymətləndirib tədrisin başlamasını planlaya bilərlər. Özəl məktəblər daha kiçikdir, say etibarilə azdır. Onlar özləri qərara verib 1-2 həftə daha tez başlaya bilərlər. İstədikləri halda gec də başlaya bilərlər".

Xəbər lenti