Logo

Nazir: “Şənbə günü ictimai nəqliyyatın işləməməsi məktəblər üçün ciddi problem yaratmır”

07.09.2021 15:00 2547 baxış
IMG

“Şənbə günü ictimai nəqliyyatın işləməməsi ilə bağlı bütün məktəblərə sorğu göndərib, araşdırma aparmışıq. Sorğuların cavabından görünən odur ki, məktəblərdə bu problem elə də ciddi deyil”.

Tehsil.biz-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazir deyib ki, əsasən, kənarda yerləşən məktəblərə uşaqlar ictimai nəqliyyatla gəlmir: “Onlar daha çox şəxsi minik vasitələri ilə valideynlər tərəfindən təmin olunur. Müəyyən istisna hallar olursa, biz bunu müəssisə bazasında həll edə bilirik. Ümumilikdə bu məsələ ciddi problem kimi durmur. Çünki bizim 6 gün tədris olan məktəblərimiz sayı elə də çox deyil. Biz yalnız Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın məhdudlaşmasından danışırıq”. Apa

Xəbər lenti