"Valideynlər istəyirlərsə, şagirdin maska taxmasını təmin edə bilərlər".
Tehsil.biz xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, bununla bağlı bir məcburiyyət yoxdur:
"Uşaqların maska taxması valideynlərin öhdəsinə buraxılır".