Dövlət İmtahan Mərkəzinin (DİM) 2021-2022-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında ən yüksək bal toplayan tələbə - Əbil Şəfiyev 697.1 balla Azərbaycan birincisi olub.
O, I ixtisas qrupu üzrə imtahanda ən yüksək nəticə göstərib və Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi adını qazanıb. Əbil Şəfiyev Ali Məktəbin Kimya mühəndisliyi ixtisasına qəbul olub.
Əbil Şəfiyev 2004-cü il, mart ayının 29-da Sumqayıt şəhərində anadan olub. Ailəsi 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıb. Əbil Şəfiyev Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə 1-ci sinfə gedib və həmin məktəbdən Fərqlənmə attestatı ilə məzun olub.