Logo

ADU-da alman tələbələr üçün Yay məktəbi fəaliyyətə başlayıb

08.09.2021 14:15 709 baxış
IMG

Azərbaycan Dillər Universitetində Almaniyanın və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrlə görüş keçirilib. Alman Akademik Mübadilə Xidmətinin maliyyə dəstəyi və AAMX-nin (DAAD) lektoru Mara-Lisa-Gezer və Azərbaycan Dillər Universtieti Germanistika İnstitutunun təşkilatçiığı ilə DAAD GO East Sommerschule «Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü» mövzusunda  Yay məktəbinin açılış günü tələbələrin yaddaşına unudulmaz tarixi anlar kimi düşüb. Belə ki, tələbələr Azərbaycan Dillər Universitetinin təhsil və tədris mərkəzləri ilə tanış olublar, müəllimlərlə fikir mübadiləsi  aparıblar. Təşkil olunan yay məktəbində ölkəmizdə qonaq olan alman tələbələrə Azərbaycan Respublikasının ictimai, iqtisadi və mədəni həyatının müxtəlif sahələri ilə bağlı məlumatlar verilib,  Azərbaycan Dillər Universitetinin təhsil sistemi ilə bağlı bir sıra yeniliklər təqdim olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla xarici tələbələrlə görüşündə onlara bu yay məktəbini səmərəli şəkildə keçirmələrini, Azərbaycan haqqında dolğun informasiyaların əldə olunmasının vacibliyini önə çəkib. Rektor qeyd edib ki, təhsil hər bir insanın həyatında mühüm yerlərdən birini tutur. Həmçinin tələbələrə Azərbaycan dili və tarixi ilə bağlı maraqlı faktların əldə olunması baxımında bu yay məktəbinin əlverişli olması vurğulanıb. Yay məktəbi tələbələrin Azərbaycanın müxtəlif bölgələrinə səfərləri, dil dərslərinin təşkili  ilə davam edəcək.

 

 

Xəbər lenti