Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2021-2022-ci tədris ili üzrə qəbul planında nəzərdə tutulmuş yerlər 87 faiz dolub.
AzMİU-dan Tehsil.biz-ə bildirilib ki, builki tələbə qəbulunun ilkin nəticələrinə görə, 900 abituriyent dövlət sifarişi, 802 gənc isə ödənişli əsaslarla AzMİU-nun tələbəsi adını qazanıb.
Fakültələr arasında qəbul faizlərinə görə, memarlıq (96), tikinti-iqtisad (96), su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (99) fakültələri öndədir. Ən zəif göstərici İnşaat-texnologiya fakültəsində (44 faiz) qeydə alınıb.