Logo

İdman jurnalistikası tələbələri Azərbaycan-Portuqaliya matçında

08.09.2021 18:05 653 baxış
IMG

ADBTİA-nın tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” magistr proqramının 1-ci və 2-ci  kurs tələbələri futbol üzrə dünya çempionatı seçmə mərhələsinin  Azərbaycan-Portuqaliya oyununda media nümayəndələri qismində akkreditasiya olunublar.

Tehsil.biz bildirir ki, tələbələr oyunun gedişatına dair qeydlər aparıb, oyunun foto və video materiallarını çəkib, peşəkar şərhçiləri müşahidə ediblər, həmçinin oyun bitdikdən sonra mətbuat konfransına qatılıblar. 

Məlumat üçün bildiririk ki, bu magistrantlar Böyük Britaniyanın Liverpool John Moores universitetinin müəllimləri ilə tədris prosesinə qoşulublar, eyni zamanda həmin universitetlə hazırda ikili diplom layihəsi üzrə danışıqlar gedir.

Xəbər lenti