Logo

BANM tələbələri “SOCAR Downstream” və Heydər Əliyev adına Neft Emalı Zavodu ilə tanış olublar

09.09.2021 10:09 1302 baxış
IMG

Ali Məktəbin “Neftçi Mühəndislər Cəmiyyəti”nin təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan-Fransız Universiteti (UFAZ), Xəzər Universiteti və Bakı Mühəndislik Universitetindən (BMU) olan 13 tələbə “SOCAR Downstream” və Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalat sahələri və laboratoriyaları ilə tanış olublar. 

Tələbələr mühəndislərin rəhbərliyi ilə zavodda gedən iş prosesləri haqqında məlumatlandırılıb. Sonda tələbələrə "SOCAR Downstream"dəki karyera imkanları barədə məlumatlar verilib.

Xəbər lenti