Sumqayıtda repetitor karantin qaydalarını pozub.
Polis əməkdaşları şəhər sakini Raqif Mərdanovun karantin qaydalarını pozması halını aşkar edib.
Həmin şəxsin şəhərin 1-ci mikrorayonunda 1 otaqlı mənzil kirayə götürərək repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Mənzilə keçirilən baxış zamanı R. Mərdanovun 28 şagirdlə bir otaqda dərs keçməsi məlum olub.
Polis əməkdaşları tərəfindən R.Mərdanovun törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmaq tövsiyə olunub, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
R.Mərdanov barədə Sumqayıt Şəhər Polis İdarəsində qanunamüvafiq tədbir görülüb.