Logo

Qeyri-peşəkar qərar, məsuliyyətsiz yanaşma, yarımçıq təhsil və TƏHSİL NAZİRLİYİ

12.11.2020 18:03 1212 baxış
IMG

Vətəndaş Əliyev Kərim Teymur oğlunun Bakı şəhəri, Sabunçu rayonu 71 nömrəli tam orta məktəbindən olan şikayətini təqdim edirik:
 

"Mənə bir müraciət daxil oldu, çox məyus oldum. Bu vəziyyətdə bu qədər vicdansızlıq ağıla sığmazdı. 
 

"Saytlara niyə vermədiniz" -deyə suallar olacaq... 
Çünki,  bu dəqiqə çoxları 100 manata görə hər şey edirlər. Pullarını alıb, silib, yaddan çıxaracaqlar. Ona görə özüm müraciət edirəm ki, lazımi qurumlar tərəfindən araşdırılsın.
Deməli, keçən il 9-cu sinfi bitirən bir uşaq distant təhsil aldığı ərəfədə sinif rəhbəri deyib ki, kimya fənnini  keçə bilmirik, ancaq uşaqlar, narahat olmayın, hər kəsi ötüşdürəcəyik (ötüşdürmək hər nədirsə...). Yazıq uşaq elə bilib ki, sentyabrdan artıq 10-cu sinifdə olacaq. Məktəb açılıb. Gedib ki, adı yoxdur məktəbdə. Ata yox, ana isə sığınacaqların birində qabyuyan işləyir...

 

"Kimya fənnindən 2 qiymət aldığı üçün məktəbdən çıxartmışıq..."
Məsələnin aydın olmayan tərəfi isə bu haqda niyə öncədən məlumat verilmir?! 

 

Hal-hazırda uşaq kor-peşman təhsilsiz qalıb.
Peşə məktəblərinə müraciət edilsə də, -"sizə çox böyük bir pislik ediblər, sənədə görə isə gecikmisiniz" -deyiblər!
Təhsil Nazirliyi, əlinizi vicdanınıza qoyun və araşdırın. Bu uşağın təhsilini əlindən almayın."

 

Qeyd edək ki, sözügedən məktəbin dirketoru Yasin Quliyev, həmin sinfin rəhbəri isə Nadir müəllimdir. Təhsil nazirliyindən və qarşı tərəflərdən məsələyə münasibət bildirmələrini gözləyirik!

Xəbər lenti