"Təhsil işçilərinin vaksinasiyası prosesinin sürətləndirilməsi üçün yaxın günlərdə həmin peyvənd məntəqələrinin yenidən bərpa edilməsi planlaşdırılır”.
Tehsil.biz xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
O qeyd edib ki, hazırda həmin məntəqələrin bərpası istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə danışıqlar aparılır:
"Təhsil işçilərinin vaksinasiyası prosesinin sürətləndirilməsi üçün yaxın günlərdə həmin peyvənd məntəqələrinin yenidən bərpa edilməsi planlaşdırılır. Bakıda 10, Sumqayıtda isə 2 belə məntəqə yaradılmışdı”.
Təhsil nazirinin müşaviri sentyabrın 22-dən etibarən əks göstəriş və immun sertifikatı olmayan təhsil işçilərinin məktəblərə buraxılmayacaqlarını da vurğulayıb.