Logo

10 yaşlı dahi qız elmi dərəcə aldı

09.09.2021 20:09 1093 baxış
IMG

IQ səviyyəsi Albert Eynşteyn və Stiven Xokinqdən daha yüksək olan meksikalı qız astronavt olmaq və Marsı kolonizə etmək istəyir.

Tehsil.biz xəbər verir ki, bu barədə Daily Star məlumat yayıb.

On yaşlı Adhara Perez Sanchez üç yaşında oxumağı öyrənib. Sonra böyük pazllar yığmağa və və cəbr öyrənməyə başlayıb. Məktəbdə həmyaşıdları Sanchezə qəribə və eksantrik deyirdilər. Qız vaxtının çox hissəsini Mendeleyev cədvəlini öyrənməklə keçiririb.

Tezliklə Adhara artıq məktəbə getmək istəmədiyini bildirib və anası onun üçün uyğun bir təhsil proqramı axtarmağa başlayıb. Uşağın zəka qabiliyyətinin 162 vahid olduğunu öyrənən mütəxəssislər bildiriblər ki, bu göstərici tanınmış dahilərdən - Albert Eynşteyn və Stiven Xokinqdən daha yüksəkdir. Sanchez üçün xüsusi bir tədris proqramı tərtib edildikdən sonra məktəb proqramını tez mənimsəmiş və on yaşına çatanda sistem mühəndisliyi və sənaye mühəndisliyi dərəcələri almağı bacarmışdır.

İndi Adhara, NASA mütəxəssislərinin diqqətini çəkmək və kosmik tədqiqat proqramında iştirak etmək arzusunda olduğu Arizona Universitetinə girmək niyyətindədir.

Sançesin IQ səviyyəsi bu qədər yüksək olan tək uşaq olmadığı bildirilir. 2019-cu ildə İngiltərənin Birmingham şəhərindən olan on yaşlı Freya Mangothra da IQ testində 162 bal toplayıb.

Daha əvvəl iki yaşlı bir qızın ən yüksək İQ səviyyəsinə malik insanları birləşdirən Mensa təşkilatına qoşulduğu bildirilmişdi. Kashe Quest, tarix boyu təşkilata qəbul edilən ən gənc Amerikalı qadın olub.

Xəbər lenti