Logo

NASA 10 milyardlıq nəhəng teleskopu orbitə göndərir

10.09.2021 09:58 351 baxış
IMG

“Ceyms Vebb” kosmik teleskopu bu ilin dekabrın 15-də orbitə buraxılacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

NASA, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin birgə layihəsi olan 10 milyard dollarlıq nəhəng kosmik rəsədxana Fransa Qvianasındakı kosmodromdan “Ariane 5” raketi vasitəsilə buraxılacaq.

Hazırda teleskop Kaliforniya ştatının Redondo-Biç şəhərində saxlanılır.

Qeyd edək ki, teleskop insanı Aya göndərən “Apollon” proqramının rəhbəri Ceyms Vebbin şərəfinə adlandırılıb. Teleskop “Habl” kosmik rəsədxanasını əvəz edəcək. Onun Yerdən təxminən 1,6 milyon km uzaqlıqda yerləşən “Laqranj” nöqtəsinə göndəriləcəyi bildirilir.

Yeni teleskop “Böyük partlayış”dan sonra yaranan qədim ulduz və kainatları öyrənmək və eləcə də həyati əhəmiyyətli yeni planetləri tapmaq məqsədilə yaradılıb. Axar.az

Xəbər lenti