Logo

Dövlət İmtahan Mərkəzinin əməkdaşı koronavirusdan vəfat etdi

10.09.2021 11:24 726 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı olan 29 yaşlı Zəhra Qarayeva koronavirus səbəbindən vəfat edib.

Tehsil.biz-in xəbərinə görə, qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bu barədə bildirib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib:

"Daha əvvəl hər iki doza peyvənd olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib.

Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib.

Allah yaxınlarına səbir versin. Allah rəhmət eləsin".

Xəbər lenti