Logo

“İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalına elmi məqalə qəbulu davam edir

10.09.2021 12:36 642 baxış
IMG

UNEC-in “İqtisad elmləri: nəzəriyyə və praktika” (ingilis dilli) jurnalına elmi məqalə qəbulu davam edir.

Elmi nəşr Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir. Beynəlxalq Standart Seriya Nömrəsi "ISSN 2220-8739" olan jurnal 2012-ci ildən etibarən “The Journal of Economic Sciences: Theory and Practice” (JESTP) adı altında ingilis dilində ildə iki dəfə çap edilir.

Dövri elmi nəşrin redaksiya heyətinin üzvləri yerli və xarici ölkələri təmsil edən iqtisadçılardan ibarətdir.

Jurnal EBSCO, EconLit, Google Scholar, Index Copernicus International, Turkish Education Index, ResearchBib, Scholar Steer, AcademicKeys, European Reference Index for the Humanities (ERIH), J-Gate, CiteFactor, Open Academic Journals Index, International Institute of Organized Research (O2OR), RootIndexing bazalarında indeksləşməkdədir və onun onlayn elektron arxivi mövcuddur.

Müəlliflər linkindən qeydiyyat keçərək jurnalın şərtlərinə uyğun tərtib olunmuş məqalələrini [email protected], [email protected] elektron poçt ünvanlarına göndərə bilər.

Jurnalın 2021-ci il üzrə ilk sayı iyun ayında (Cild 78, №1) çap olunub. UNEC-in professor-müəllim heyəti əsasən xarici tədqiqatçılar ilə həmmüəllif olduqları məqalələri jurnalın növbəti sayında nəşr etmək üçün təqdim edə bilər.

Ədəbiyyat siyahısına nüfuzlu elmi bazalarda indeksləşən məqalə və məruzələrin daxil edilməsi məqsədəuyğundur. İstinad etmək üçün UNEC nümayəndələrinin nüfuzlu elmi bazalardakı məruzə və məqalələri:

• UNEC Google Scholar  
• UNEC Research Gate  
• UNEC The journal of Economic Sciences: Theory and Practice 
• UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri
• UNEC Web of Science
• UNEC Scopus

Əlavə məlumat: http://ecosciences.edu.az/view.php?lang=en&menu=10

Xəbər lenti