Logo

Abşeronda ali məktəblərə sənəd verən abituriyentlərin 71 faizi tələbə adını qazanıb

10.09.2021 12:58 552 baxış
IMG

Abşeronda ali məktəblərə keçirilən imtahanlarda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib. Xırdalandakı Mədəniyyət Mərkəzində reallaşan tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Milli Məclisin deputatı Şahin Seyidzadə, təhsil işçiləri də iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, görüş Azərbaycan himnin səsləndirilməsi ilə başlayıb. Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə bildirilib ki, 2020-2021-ci tədris ilində XI sinfi bitirən 2707 məzundan 2222 nəfər ali məktəbə qəbul olunmaq üçün sənəd verib, onlardan 1597 nəfər (71 faiz) tələbə adını qazanıb. Rayon üzrə 78 nəfər 600-dən yüksək bal toplayıb.

Abituriyentlər çıxış edərək dövlət başçısına yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, gələcək planlarından danışıblar.

Sonda yüksək balla ali məktəblərə qəbul olunan tələbələrə qiymətli hədiyyələr təqdim olunub.

Azərtac

Xəbər lenti