Logo

Coğrafiya İnstitutunun əməkdaşı ümumrusiya konfransında məruzə edib

10.09.2021 17:29 105 baxış
IMG

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Federasiyasının Voronej şəhərində keçirilən “Buludların fizikası və onların hidrometeoroloji proseslərə aktiv təsiri” adlı ümumrusiya açıq konfransında iştirak edib.

İnstitutdan  bildirilib ki, azərbaycanlı alim konfransda “Azərbaycan ərazisində iqlim dəyişiklərini proqnozlaşdırmaq üçün LEO (aşağı orbitli peyklərin) tətbiqi” mövzusunda məruzə edib. Əldə edilmiş nəticələrin statistik ilkin analizini aparan İ.Zeynalov bildirib ki, NOAA seriyası peyklərindən alınan məlumatların istifadəsi seçilmiş ərazidə iqlimin proqnozlaşdırılması və modelləşdirilməsi üzrə tədqiqatlar apararkən məkan və zaman baxımından daha məqsədəuyğundur.

Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Üzrə Federal Xidmətin Yüksək Dağ Geofizika İnstitutunun təşkil etdiyi tədbirdə elm, texnologiya və innovasiyalar üzrə aparıcı yerli və xarici mütəxəssislər iştirak ediblər.

Xəbər lenti