Logo

Mingəçevir Dövlət Universitetinin rektoru tələbə adı qazananları təbrik edib

25.09.2020 12:30 511 baxış

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov tələbə adını qazananları təbrik edib.

Təbrikdə deyilir: "2020/2021-ci tədris ili üçün Mingəçevir Dövlət Universitetinin (MDU) bakalavriat səviyyəsinə qəbul olan əziz abituriyentlər və subbakalavrlar!

Sizi, valideynlərinizi və müəllimlərinizi səmimi qəlbdən təbrik edir, MDU-nu seçdiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm.

Əmin ola bilərsiniz ki, MDU-nu seçməklə müasir təhsil, doğru seçim və uğurlu karyera istiqamətində mühüm addım atmış oldunuz.

Sizin yüksək ixtisaslı mütəxəssis olmağınız, xalqımıza və dövlətimizə layiq vətəndaş kimi formalaşmağınız üçün MDU-da bütün imkanlar mövcuddur.

MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvləri Sizin keyfiyyətli ali təhsil almağınız və maraqlı tələbə həyatı yaşamağınız üçün bütün bilik və bacarıqlarını səfərbər edəcəklər.

İnanıram ki, hər biriniz MDU-nun müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğun modernləşdirilməsində fəal iştirak edəcəksiniz.

Sizi doğma universitetimizin auditoriyalarında salamlamağı səbrsizliklə gözləyirik.

Hamımız üçün ortaq dəyər olan MDU ailəsinə xoş gəldiniz! Tələbə adınız mübarək olsun!"

Xəbər lenti