Logo

Məktəblilərimizin 38-ci Balkan Riyaziyyat Olimpiadasındakı uğuru

11.09.2021 12:35 802 baxış
IMG

Kiprdə təşkil olunan 38-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. 18 ölkədən 108 məktəblinin virtual şəkildə qatıldığı yarışda komandamızın 2 üzvü gümüş medal, 1 üzvü isə həvələndirici mükafat qazanıb.

Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Qarayeva və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov gümüş medal, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Cavad İsmayılzadə həvəsləndirici mükafat qazanıb.

Xəbər lenti