Logo

Banqladeşdə 18 aylıq fasilədən sonra məktəblərdə tədris bərpa olunur

11.09.2021 12:41 533 baxış
IMG

Banqladeşdə COVID-19 pandemiyası səbəbindən 18 aydır bağlı olan məktəblərdə tədris sentyabrın 12-dən bərpa olunacaq.

Tehsil.biz yerli mediaya istinadla xəbər verir ki, ölkənin Təhsil Nazirliyi məktəblərdə yerində tədris prosesinin bəzi sərt tələblər çərçivəsində bərpasına qərar verib. Belə ki, məktəblərdə kütləvi tədbirlərin təşkilinə qadağa qoyulub, sinif otaqlarında partalar arasında kifayət qədər məsafə olmalı, müəllimlər və şagirdlər qoruyucu maska taxmalıdırlar. Sinifdə şagirdlərin sayı çox olarsa, dərslər bir neçə qrupda təşkil olunacaq. Qərara əsasən, məktəbəqədər hazırlıq məşğələlərinə olan qadağa qüvvədə saxlanılıb. Bundan başqa, onlayn tədris və teledərslər də davam edəcək.

Məktəbin yerləşdiyi ərazidə virusa yoluxma halları təhlükəli həddə çatarsa, tədris dayandırılacaq.

Qeyd edək ki, Banqladeşdə indiyədək 1 milyon 527 min nəfər COVID-19 virusuna yoluxub, 26 mindən çox insan pandemiyanın qurbanı olub.

AZƏRTAC

Xəbər lenti