Bu il Azərbaycanda məktəbəhazırlıq qruplarında tədris prosesi oktyabrın 1-dən əyani formada təşkil ediləcək.
Tehsil.biz xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Qərarında öz əksini tapıb.