Logo

ADNSU və Malatya İnönü Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq Simpozium keçirilir

11.09.2021 19:14 421 baxış
IMG

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Türkiyənin Malatya İnönü Universitetinin birgə təşkilatçılığı ilə Beşinci Beynəlxalq Süni İntellekt və Verilənlərin Emalı Simpoziumu öz işinə başlayıb.

Tehsil.biz bildirir ki, onlayn formatda seksyalarla iki gün davam edəcək simpoziuma ayrı-ayrı universitetlər və müəssisələrdən 250-ə yaxın tədqiqatçı və ya alim qatılıb. Simpoziumun həmsdəri, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, həmçinin təşkilat komitəsinin üzvü, ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov və univernsitetin digər alimləri iştirak ediblər. Simpoziumun açılışında çıxış edən professor Mustafa Babanlı ilk öncə Türkiyə-Azərbaycan dövlətinin sarsılmaz birliyindən danışıb, eyni zamanda Azərbaycanın tarixi qələbəsi-44 günlük müharibənin nəticəsi və əzəli torpaqlarımızın öz sahiblərinə qaytarılması haqqında tədbir iştirakçılarına məlumat verib. Simpoziumun keçirilməsinin əhəmiyyətindən danışan rektor, professor Mustafa Babanlı süni intellektin inkişafından söz açaraq hər bir sahədə qazanılan uğurların, elmi nailiyyətlərin zamanın tələbinə uyğun və müasir çağırışlara cavab verməli olduğunu deyib. Qeyd edib ki, bu gün süni intellektin inkişafı da zamanının tələbindən irəli gələn və elmin gətirdiyi ən vacib prioritet yeniliklərdən biridir.

Qeyd edək ki, simpoizuma təqdim olunan məqalə və tezislər Azərbaycan, Türk və İngilis dilində  olmaqla əsasən Süni intellekt və həmçinin uyğun istiqamətdə geniş sahəni əhatə edib.

Xəbər lenti