Təhsil naziri Emin Əmrullayev REAL TV-ə eksklüziv müsahibəsində yeni tədris ilinin başlanması ilə bağlı vəziyyəti təhlil edib.
O bildirib ki, bu il Azərbaycan məktəbləri ərazi bütövlüyümüzün bərpa edildiyi şəraitdə başlayır.
Nazirin sözlərinə görə, "Zəfər tarixi" dərsliyi ilk dəfə 9-cu sinif şagirdləri üçün tədris ediləcək.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevlə müsahibə geniş şəkildə bu gün Mirşahinin vaxtında efirə gedəcək.