Logo

Nazir: "Müəllimlərin imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər"

12.09.2021 22:14 5323 baxış
IMG

"Müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər:

"Vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq".

Nazir bildirib ki, ilk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq.

Xəbər lenti