Logo

"Artıq Şuşada, Ağdamda məktəblərin tikintisi planlarından danışırıq” - Nazir

13.09.2021 00:09 594 baxış
IMG

"Şuşada, Ağdamda orta məktəblərin tikintisi ilə bağlı işlər aparılır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil nazirliyi Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, məlum olduğu kimi Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə məktəblərin tikintisi ilə bağlı tapşırıqlar verib:

“Biz yaxın vaxtlarda, bəlkədə yaxın aylarda Şuşada və Ağdamda məktəblərin açılışı ilə möhtəşəm tədbirlərin şahidi ola bilərik. Çox sevindirici haldır ki, biz bu gün artıq Şuşada, Ağdamda məktəblərin tikintisi ilə planlardan danışırıq”.

Trend

Xəbər lenti