Logo

“Təhsil avtobusu – Qayıdış” layihəsi Sabirabadda

13.09.2021 10:37 318 baxış
IMG

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və "Kapital Bank'ın əsas dəstəyi ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu – Qayıdış” layihəsi Sabirabadda Cəbrayıl, Füzuli və Zəngilan rayon məktəblərinin şagirdləri üçün keçirilib.

Layihənin Sabirabad rayonunda keçirilən ikinci günündə incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, motivasiya istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub.

Sumqayıt şəhərindən başlayan təhsil avtobusu Sabirabad rayonundan sonra Ağcabədiyə səfər edəcək.

Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaratmaq, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq və ümumilikdə 192 nəfərdən çox şagird əhatə ediləcək.   

Xəbər lenti