Logo

AzMİU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir

13.09.2021 16:15 390 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan 1702 abituriyentdən (1-ci turun nəticəsi) 1052 nəfəri portal.edu.az saytı vasitəsilə onlayn müraciət edib.

AzMİU-dan Tehsil.biz-ə bildirilib ki, onlardan 730 nəfəri artıq qeydiyyatdan keçib. Universitetə qəbul olunması haqqında məlumat abituriyentlərin mobil nömrələrinə göndərilib. Hazırda qeydiyyat prosesi davam edir, müraciətlərə baxılır, 50 nəfərin sənədi araşdırılma mərhələsindədir. Digər abituriyentlərin də qeydiyyatı uğurla həyata keçiriləcək.

Qeyd edək ki, hər bir abituriyentin müraciətinə fərdi qaydada baxılır, ortaya çıxan çətinliklər operativ aradan qaldırılır, abituriyentlərin qeydiyyatdan keçməsinə yardım göstərilir. Eyni zamanda, şöbənin əməkdaşları qeydiyyat prosesində çətinlik çəkən abituriyentlərin elektron poçt vasitəsilə ünvanladıqları sualları cavablandırırlar.

Xəbər lenti