Logo

Akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin seçimi davam edir

13.09.2021 17:37 101 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssisləri, sahə üzrə elmi işçilər, əmək bazarı və təhsilalanların nümayəndələri arasından qanunvericiliyə uyğun olaraq seçilə bilər. Bu məqsədlə akkreditasiya prosesində iştirak etmək istəyən namizədlər üçün Agentlik tərəfindən “Ekspert Bankı” yaradılıb.

Akkreditasiya proseslərində iştirak etmək istəyən və “Ekspert Bankı”na CV ilə müraciət etmiş namizədlər üçün Agentlik tərəfindən müvafiq təlimlər təşkil olunur və təlimi uğurla başa vuran namizədlər sertifikatlaşdırılırlar. Yanlız sertifikat əldə etmiş mütəxəssislər müvafiq akkreditasiya komissiyasının üzvü olaraq akkreditasiya prosesinə cəlb olunacaqlar. Belə ki, bu zamana qədər 500-dən çox namizəd Ekspert bankına müraciət edərək müvafiq təlimlərdə iştirak edib.

Müraciət üçün, Agentliyin internet saytının (www.tkta.edu.az“Ekspert bankı” bölməsinə daxil olaraq daha ətraflı məlumat edə bilərsiniz.

Qeyd: Ekspert bankına daha öncə müraciət etmiş şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.

Xəbər lenti