Logo

Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələrindən uğurlu nəticə

13.09.2021 18:46 103 baxış
IMG

4-11 sentyabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin 32 idmançısı milli yığma komandanın tərkibində idmanın yeddi növündə ölkəmizi layiqincə təmsil edib.

Tehsil.biz xəbər verir ki, sərbəst güləş, sambo, cüdo, boks, stolüstü tennis, karate, badminton idman növləri üzrə yarşılara qatılan idman məktəblərinin yetirmələrindən 3 nəfər qızıl, 8 nəfər gümüş, 15 nəfər bürünc medal qazanıb.

Qeyd edək ki, birinci MDB Oyunlarında Azərbaycan yığma komandası 13 idman növündə 127 idmançı ilə təmsil olunub.

15-i qızıl, 16-sı gümüş, 29-u bürünc olmaqla 60 medalla yarışları başa vuran yığma komandamız 9 ölkə arasında medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.

Xəbər lenti