Logo

Regional inkişafın hər tərəfli təmin edilməsi mühüm məsələdir

14.09.2021 09:13 474 baxış
IMG

Ulu Öndər Heydər Əliyev SSRİ dövründə Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi zamanlarda Azərbaycan SSRİ-nin regionlarında böyük bir canlanma müşahidə edildi. İqtisadiyyat gücləndi və əhalinin dolanışıq səviyyəsi qalxdı. 1993-cü ildə xalqın və ziyalıların çağırışı ilə vətənimizin harayına çatan , yenidən hakimiyyətə gələn Ulu Öndər ömrünün sonuna kimi müstəqil Azərbaycanın hər tərəfli inkişafını təmin etmək üçün əlindən gələni etdi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycan xalqı və dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Eyni zamanda qısa zaman kəsiyində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli artdı və davamlı inkişafın dayanıqlığı təmin edildi. Regionlara xüsusi diqqət yetirildi. Rayon və şəhərlərinin infrastrukturu yenidən quruldu. 

Ulu Öndər tərəfindən əsası qoyulan davamlı inkişaf konsepsiyası cənab prezident İlham Əliyevin tərəfindən layiqincə davam etdirilir və bu proses daha da sürətləndirilib. Müasir dünyanın tələblərini ödəmək üçün bütün sahələrdə yeniləşmə aparılır. 

Bildiyimiz kimi bütün ölkələrdə iqtisadiyyatın, sənaye və energetika müəssisələrinin, dövlət orqanlarının, ali və orta ixtisas təhsili müəssisələrinin, dövlət təşkilatlarının böyük bir hissəsi ölkələrin paytaxtlarında və iri şəhərlərdə cəmləşir. Azərbaycanda da bu belədir. Ancaq bu heç də yaxşı hal deyil. Çünki ki, paytaxtlarda və iri şəhərlərdə insan sayı bəlli səbəblərə görə çox olur və bu həmin ərazinin ekoloji vəziyyətinə, sosial rifahına mənfi təsir göstərir. Bu baxımdan həmin müəssisələrin bir qisminin müxtəlif regionlara köçürülməsi lazımdır. Belə olsa həm paytaxt və iri şəhərlərin yükü azalar həm də regional inkişafa böyük töhfə verilmiş olar. Məsələn Azərbaycanın coğrafi mərkəzi olan Yevlax şəhərinə bir çox dövlət orqanları, təşkilatlar, ali təhsil müəssisələri köçürülə bilər. Hətta burada yeni dövlət universiteti təsis edilə bilər. Yevlaxın strateji-coğrafi mövqe ətraf rayonların sosial-iqtisadi inkişafına bilavasitə və bir başa təsir göstərir. Tarixi mənbələrə nəzər salsaq Yevlaxın qədim dövrlərdə bir qolu Azərbaycandan keçən Böyük İpək yolunun  üzərində yerləşdiyini və bu yol vasitəsilə ticarət edən tacirlərin "Ərəş ipəyi"ni buradan dünyanın müxtəlif ölkələrinə apardıqlarının şahidi olarıq. 

Günümüzdə də Yevlax Azərbaycan üçün körpü rolunu oynayır. Demek olar ki bütün regionlara gedən yollar Yevlaxdan keçir. Tarixi mənbələrdə Yevlax Qarabağın qapısı hesab edilir. 

Yevlaxın tarixi, strateji-coğrafi əhəmiyyətini nəzərə alaraq bəzi mühüm dövlət orqanlarının, ali təhsil müəssisələrinin, dövlət təşkilatlarının bu rayona köçürülməsi həm Yevlaxın həm də Yevlaxla qonşu olan bir çox rayonların davamlı inkişafına əsaslı təsir göstərməklə yanaşı yüksək nəticələr ortaya qoyacaq. 

Anar Salehoğlu

Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi, İctimai fəal

Xəbər lenti