Logo

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilən konfransa tezis qəbul olunur

14.09.2021 11:36 278 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən noyabrın 24-də “Milli-mədəni irsimiz: Aşıq Ələsgər yaradıcılığı” mövzusunda keçiriləcək respublika elmi-nəzəri konfransına tezis qəbulu davam edir.

Universitetdən bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezislərini oktyabrın 10-dək [email protected] ünvanına göndərə bilərlər.

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan konfrans mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn keçirilə bilər.

Xəbər lenti