AMEA-nın Polimer Materialları İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
İnstitutdan Tehsil.biz-ə bildirilib ki, vakant yerlər müəssisənin Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının aparıcı elmi işçi, kiçik elmi işçi, Makromonomer əsaslı polimer materiallar laboratoriyasının kiçik elmi işçi, Xüsusi təyinatlı oliqomerlər və polimerlər laboratoriyasının, Heterotsiklik birləşmələr laboratoriyasının, Biomimetik polimer materialları laboratoriyasının hər birində elmi işçi, Poliefir və polikarbonat materiallar laboratoriyasının kiçik elmi işçi, eləcə də İnformasiya-telekommunikasiya və nəşriyyat işləri şöbəsinin kiçik elmi işçisi vəzifələrinin hər birinə 1 yer, İşığahəssas və optiki şəffaf polimerlər laboratoriyasının elmi işçisi vəzifəsinə isə 2 ştat vahididir.
Müsabiqədə uyğun olaraq magistr təhsili, elmi dərəcəsi və göstərilən elm sahəsində təcrübəsi olanlar iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə əsasən, bir ay müddətinə təqdim edilməlidir. Maraqlananlar əlavə məlumatı (018) 642 00 75, (018) 585 11 75 əlaqə nömrəsindən əldə edə bilərlər.