Logo

Boş qalan plan yerlərinə və kolleclərə qəbul olunanların qeydiyyatı başlayıb

14.09.2021 12:22 475 baxış
IMG

Bu gündən boş qalan plan yerlərinə və kolleclərə qəbul olunanların qeydiyyatı başlayır.

Dövlət İmtaan Mərkəzindən Tehsil.biz-ə xəbər verirki, ali təhsil müəssisələrinin boş qalmış plan yerlərinə qəbul olunmuş şəxslər 14 sentyabr saat 12:00-dan 20 sentyabr saat 23:59-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 24 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Xəbər lenti