Logo

Tələbələrin yay istehsalat təcrübəsindən təəssüratları

14.09.2021 13:01 638 baxış
IMG

“Ali Məktəbdə öyrənilən biliklərin təkrarı və möhkəmlənməsi baxımından praktika tələbələrə böyük dəstəkdir. Hər istehsalat təcrübəsində biliklərimiz daha da zənginləşir”. Bu fikirlər Ə.C. Əmirov adına Neft Qaz Çıxarma İdarəsində təcrübədə olan Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Gülüstan Kərimovaya məxsusdur.

Gülüstan Kərimova BANM-in müxtəlif idarə və müəssisələrə istehsalat təcrübəsinə göndərdiyi tələbələrdən biridir. O, qrup yoldaşları ilə birgə istehsalat təcrübəsi keçib və digər tələbələr kimi təcrübənin nəzəri biliklərin möhkəmləndirilməsində faydalı olduğunu hesab edir. Onun təcrübədə olduğu İdarə barədə də təəssüratları yüksəkdir: 
 
“Təcrübədə olduğumuz İdarədə neft və qazın çıxarılması zamanı istifadə olunan yeraltı və yerüstü avadanlıqlar, onların iş prinsipi, laboratoriya şəraitində neftin tərkibində olan mexaniki qarışıqlardan ayrılması və s. kimi texniki biliklərin əyani şəkildə izah olunması mənimsənilmə prosesini asanlaşdırır. İşçi heyəti bizə səmimi və professional münasibət bəsləyib, yeni məlumatlar öyrənməyimiz üçün səy göstəriblər. Öyrənmə prosesinin daha effektiv yolla təmin olunması üçün tələbələr baş mühəndis, baş geoloq və hasilatın idarəedilməsi ilə üzrə mühəndisə təhkim olunmuşdu. Xüsusi ilə qeyd etmək lazımdır ki, praktika rəhbərimiz Nəzifə xanım İsgəndərova tələbələrin yeni biliklər qazanmağı və qazanılan bilikləri təkmilləşdirməyi üçün əlindən gələni əsirgəmir, çoxsaylı yeni sahələri görməyimizə şərait yaradırdı”.

Xəbər lenti