Logo

Yeni tədris ilində "Rəqəmsal Bacarıqlar" layihəsi ölkəmizin 16 şəhər və rayonunu əhatə edəcək

14.09.2021 13:24 738 baxış
IMG

"2021-2022-ci tədris ilində "Rəqəmsal Bacarıqlar" layihəsi ölkəmizin 16 şəhər və rayonunu əhatə edəcək".

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu ilki plan üzrə layihəyə 250 məktəbdən 190 min şagirdin cəlb olunacağı gözlənilir:

"Tədris prosesində ümumi olaraq 1500-dən çox müəllim heyətinin iştirakı nəzərdə tutulub. Layihə şagirdlərin proqramlaşdırma və alqoritmik biliklərinin artırılması ilə yanaşı, məqsədyönlü və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasında böyük əhəmiyyət daşıyır".

Xəbər lenti