Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Qiraət" klubunda “Nizami Gəncəvi İli” nə həsr olunmuş növbəti tədbir keçirilib.
Tədbirdə Filologiya fakültəsinin II kurs tələbəsi Nigar Xanəliyeva 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı BDU TGT-nin həyata keçirdiyi silsilə tədbirlər haqqında məlumat verib. Daha sonra çıxış edən tələbələr, TGT-nin sədr müavini Ələkbər Həsənov, Filologiya fakültəsinin tələbəsi Aytac Əliyeva və Pərvin Vəlizadə dahi Nizaminin "İsgəndərnamə" poemasında İsgəndər – Zülqərneyn xəttinin təhlili mövzusunda müzakirə aparıblar.
Qeyd edək ki, BDU TGT “Nizami İli” çərçivəsində Nizami irsinin tələbələr arasında daha geniş təbliğ olunması, dahi mütəffəkkirin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələri gənc nəslə aşılamaq məqsədilə silsilə tədbirlər – müzakirələr, müsabiqələr, dəyirmi masalar və s. keçirir.