Tədris ilinin başlanması münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə gənc kursantlar təbrik edilib, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
Sonra kursantlar sıra meydanında Şərəf andı içiblər.
Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Mərasimdə çıxış edənlər kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.