Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dekorativ-tətbiqi sənət dərnəyi uğurla başa çatıb

14.09.2021 18:03 393 baxış
IMG

Tədbirdə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev mərkəzin fəaliyyəti, müxtəlif istiqamətlərdə dərnəklərin təşkilinin əhəmiyyətini bildirərək, əməyi keçən hər kəsə təşəkkürünü bildirib, uğurlu nəticə göstərərək sertifikata layiq görülən dərnək iştirakçılarını təbrik edib. 

Daha sonra çıxış edənlər Təhsil Mərkəzi tərəfindən ödənişsiz şəkildə həyata keçirilən dərnəkdə iştirakçıların Sanama tikiş növünün incəliklərini öyrənmələrindən, gənc və yeniyetmələrin asudə vaxtının səmərəli keçirilməsində əhəmiyyətindən danışıblar, belə fəaliyyətlərin təşkilinin dekorativ-tətbiqi sənətin öyrənilməsi və təbliğində xüsusi rolunu vurğulayıblar.

Sonda dərnəyi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib və dərnək iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Xəbər lenti